Maşın aşaraq körpüdən su kanalına düşdü: Xəsarət alan varbackend

Maşın aşaraq körpüdən su kanalına düşdü: Xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Üçtəpə-Təzəkənd kənd yolunda qeydə alınıb.

Belə ki, “Prado” markalı minik avtomobilinin sürücüsü sərt döngədə nəqliyyat vasitəsinə idaretməni itirib. Nəticədə avtomobil su kanalına düşüb.

İlkin məlumata görə, qəza nəticəsində Salyan rayon sakini olduğu bildirilən sürücü xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*