Mayk Tayson təcavüzdə İTTİHAM OLUNURbackend

Mayk Tayson təcavüzdə İTTİHAM OLUNUR

Naməlum qadın ABŞ-ın əfsanəvi boksçusu, superağır çəkidə keçmiş dünya çempionu Mayk Taysona qarşı 5 milyon dollarlıq iddia qaldırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Adının açıqlanmasını istəməyən qadın bildirib ki, Tayson 1990-cı illərin əvvəllərində ona təcavüz edib.

Onun sözlərinə görə, o, Taysonla Nyu-Yorkun Olbani şəhərindəki gecə klubunda tanış olub.

Qeyd edək ki, 1992-ci ildə əfsanəvi boksçu təcavüzə görə altı il həbs cəzasına məhkum edilib, o, 1995-ci ildə azadlığa çıxıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*