MDB Oyunları: Azərbaycanın çimərlik futbolu yığması qələbə qazandıbackend

MDB Oyunları: Azərbaycanın çimərlik futbolu yığması qələbə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB Oyunlarında növbəti matçını keçirib.

KONKRET.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşan yığma 7:3 hesablı qələbə qazanıb. Sabir Allahquliyevin dubl etdiyi görüşdə digər qolları İsa Zeynallı, Ramil Əliyev, Elçin Qasımov, Orxan Məmmədov və Elşad Manafov vurublar.

Milli komanda turnirdə növbəti oyununu avqustun 8-i saat 15:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*