Mdinaradze ABŞ və Fransadan izahat tələb edirbackend

Mdinaradze ABŞ və Fransadan izahat tələb edir

“ABŞ və Fransanın yüksək səviyyəli rəsmiləri bizi şəffaflıq qanununa görə bir daha tənqid etdilər. Amerikada və Fransada demokratiyanın əsasını gücləndirən eyni şey Gürcüstanda demokratiyanı necə sarsıda bilər?”.

KONKRET.az xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun icraçı katibi və parlament çoxluğunun lideri Mamuka Mdinaradze sosial şəbəkələrdə yazıb.

O xatırladıb ki, Amerika Birləşmiş Ştatları və Fransanın daha ​​sərt qanunu var.

“Sualımıza kimsə, heç olmasa gürcü və ya əcnəbi şəxs və ya təşkilat cavab versin: Amerikada və Fransada demokratiyanın əsasını gücləndirən eyni şey Gürcüstanda demokratiyanı necə sarsıda bilər?! ABŞ-da 1930-cu illərdən bəri daha sərt qanunlar var. Fransanın eyni sahəni tənzimləyən daha sərt qanun qəbul etməsindən bir həftədən az vaxt keçdi!..”, deyə Mdinaradze yazıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*