Mehdiyevin “akademik” statusu ilə bağlı VACİB AÇIQLAMA: Nə vaxt ləğv ediləcək?backend

Mehdiyevin "akademik" statusu ilə bağlı VACİB AÇIQLAMA: Nə vaxt ləğv ediləcək?

Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçiriləcək. Məlumata görə, toplantının gündəliyinə çıxarılan əsas məsələlərdən biri qurumun sabiq prezidenti Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən çıxarılması məsələsidir.

Xatırladaq ki, Ramiz Mehdiyev hazırda dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunur və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Maraqlıdır, Azərbaycan qanunvericiliyinə görə elmi dərəcənin ləğvi hansı hallarda mümkündür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, “akademik” statusu elmi dərəcə hesab edilmir və hüquqi baxımdan vəzifə xarakteri daşıyır.

Böyük Dayağın qaloşları... - Vəkil Mehman Muradlı | sfera.az

Onun sözlərinə görə, elmi dərəcə kimi fəlsəfə doktoru və elmlər doktoru adları qəbul olunur:

“Akademik elmi dərəcə deyil. Bu, Akademiyanın həqiqi üzvü olmaq deməkdir və seçki yolu ilə əldə edilir. Akademiyanın ümumi yığıncağının qərarı ilə verildiyi kimi, eyni qaydada həmin statusdan məhrum etmək də mümkündür”.

Ekspert qeyd edib ki, məsələ AMEA-nın idarəetmə mexanizminə uyğun olaraq ümumi yığıncağın qərarı ilə həll olunur. Bu səbəbdən akademik adından məhrumetmə hüquqi baxımdan elmi dərəcənin ləğvi sayılmır, təşkilati qərar kimi qiymətləndirilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*