Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) iddia edir ki, Böyük Britaniya və Fransa Ukraynaya nüvə silahı verməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, SVR-in versiyasına görə, Avropa ölkələri bu hərəkəti gizlətmək üçün silahın Ukraynanın öz inkişafı kimi təqdim edilməsini planlaşdırır.
SVR-in mətbuat bürosu bildirib: «Ukraynaya “vundervef” (möcüzə silah) təmin olunmalıdır. Berlində isə bu təhlükəli macərada iştirak etməkdən imtina ediblər».
Rusiya Xidməti iddia edir ki, London və Paris hazırda Kiyevə komponentlər, avadanlıq və texnologiyaların ötürülməsini təşkil etməyə çalışır. SVR hesab edir ki, Fransanın balistik raketlərdə istifadə olunan M51.1 sualtı qayığın TN75 kiçik ölçülü nüvə başlığı nəzərdən keçirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
