Məhəmməd Salahın evindən oğurlanan medal tapıldıbackend

Məhəmməd Salahın evindən oğurlanan medal tapıldı

Misir millisinin və İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salahın Qahirədəki evindən oğurlanan medal tapılıb.

KONKRET.az xəbər verir ki, martın 2-də baş vermiş hadisədən sonra axtarışa başlayan Misir polisi iki soyğunçunun kimliyini aşkarlayıb.

Polis təkcə Afrika Millətlər Kubokunda qazanılan gümüş medalı yox, oğurlanan bütün əşyaları geri qaytara bilib.

Qeyd edək ki, Məhəmməd Salah növbəti həftə yenidən ölkəsi Misirə səfər edəcək. O, Afrika Millətlər Kubokunun seçmə mərhələsində martın 24-də və 28-də Malavi ilə keçiriləcək oyunlarda yığmanın heyətində yer alacaq.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*