“Məhsuldar müzakirələr apardıq” – Mikayıl Cabbarovbackend

"Məhsuldar müzakirələr apardıq" - Mikayıl Cabbarov

“İsrailin xarici işlər naziri Qabi Aşkenazi ilə Azərbaycan və İsrail arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına həmsədrlik etməkdən məmnun oldum”.

KONKRET.az xəbər verir ki, bununla bağlı Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdəki paylaşımında qeyd edib.

“İkitərəfli iqtisadi və ticarət əlaqələrimizin inkişafı, turizm, enerji, kibertəhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində məhsuldar müzakirələr apardıq. Ticarət və turizm nümayəndəliklərinin fəaliyyəti də bu məqsədə xidmət edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*