Meksikada minik avtomobillərinin və yüngül yük maşınlarının istehsalı 2024-cü ildə 5,6% artaraq rekord həddə – 3,78 milyon ədədə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumatda bildirilir ki, dekabrda istehsal 4,2% artaraq 224 913 avtomobil olub. Meksikadan avtomobil ixracı keçən il 5,4% artaraq 3,48 milyon ədədə çatıb ki, bu da bütün zamanların ən yüksək səviyyəsinə bərabərdir. Lakin dekabrda 5,8% azalaraq 265 954 ədəd təşkil edib.Meksikanın AMIA sənaye assosiasiyasının məlumatına görə, əvvəlki istehsal rekordu 2017-ci ildə, ixrac rekordu isə 2018-ci ildə qeydə alınıb. İdxal daxil olmaqla, Meksikada yeni avtomobil satışları 2024-cü ildə 9,8% artaraq 1,5 milyon ədədə çatıb (tarixdə üçüncü ən yüksək nəticə). Dekabrda satışlar 1,9% artaraq 146 356 avtomobil təşkil edib.
Vəli Həsənoğlu,
KONKRET.az