Rusiyanın Vladivostok şəhərində yerləşən 69 nömrəli məktəbdə güclü yanğın baş verib. Hadisə Sabaneev küçəsində qeydə alınıb. Məlumata görə, şagirdlərdən birinin portfelində olan Poco X3 Pro Core markalı telefon qəfil partlayıb. Partlayış nəticəsində çanta alışıb və dərhal yanğın başlayıb.
KONKRET.az xəbər verir ki, hadisə zamanı məktəbdən ümumilikdə 600 nəfər, o cümlədən 541 şagird təxliyə edilib.
Xoşbəxtlikdən insident nəticəsində xəsarət alan olmayıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi ilə alovun qarşısı alınıb və 10 kvadratmetr sahədə lokallaşdırılıb. Lakin məktəbin geyim otağı tamamilə yanaraq yararsız hala düşüb.
Müşviq Tofiqoğlu
KONKRET.az