Xüsusilə külli miqdarda mənimsəmə cinayətində təqsirli bilinən polkovnik Məlikməmməd Qurbanovun cəzası azaldılıb.
KONKRET.az xəbər verir ki, Ali Məhkəmə müdafiə tərəfinin şikayəti əsasında belə qərar çıxarıb.
Son qərarla Məlikməmməd Qurbanovun cəzası 6 il 6 aydan 6 ilə endirilib. Hökm qalan hissələrdə dəyişdirilməyib.
Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. O, 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı ilə Qurbanova 6 il 6 ay həbs cəzası verilmişdi. (qafqazinfo)
