Direktor vəzifəsi üzrə ötən ilin 30 oktyabr-11 noyabr tarixlərində baş tutan elektron ərizə qəbulu mərhələsinin nəticələri elan edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
3036 namizədin müraciəti qeydə alınıb və 941 namizədin müraciəti müsbət dəyərləndirilib.
Müsabiqəyə müraciət etmiş şəxslər arasında ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan 627 namizəd var.
İmtahanın yanvarın 24-də keçirilməsi planlaşdırılır.
