KONKRET.az xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti hədə-qorxu ilə külli miqdarda rüşvət alma faktını aşkar edib. Bu barədə bu gün idarənin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Vergilər Müfəttişliyinin əməkdaşları sahibkarlıq subyektlərindən qeydiyyatdan keçmədiyinə görə iş adamlarından rüşvət tələb edib. Rüşvətin məbləği 300 min dram səviyyəsində olub. Üstəlik, iş adamlarına aylıq 50 min dram ödəmələri ilə əlavə “haqq” qoyulub. Şübhəli bilinən məmurlar cinayət məsuliyyətinə cəlb edilib.
İstintaq davam edir. Bütün cinayətlərin və korrupsiya zəncirində iştirak edən şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür.