“Mən dənizə çimməyə getmirəm, kişiyəm, gedim orda meymunluq edim?” – Əli Mirəliyevbackend

“Mən dənizə çimməyə getmirəm, kişiyəm, gedim orda meymunluq edim?” - Əli Mirəliyev

“Mən heç vaxt dənizə getmirəm, uşaqlıqdan dəniz üzümə bağlıdır. Çünki mən kişiyəm, gedib orda meymun kimi özümü göstərəcəm?! Bizim istirahətimiz o dünyada yazılıb, bu dünyada yox. Bu dünyada biz ancaq əlləşib-vuruşacağıq”.

KONKRET.az xəbər verir ki, bunu müğənni Əli Mirəliyev deyib. Müğənni dəniz sahilini qanunsuz zəbt edən məmurları da tənqid edib:

“Dəniz sahilini məmurlar hasara alıb və bu qədər şikayət olunmasına baxmayaraq, heç bir tədbir görülmür. Heç bir şey edə bilməyəcəklər, çünki həmin məmurların arxasında duran qüvvələr var. Kəndləri, rayonları bölüblər. Əvvəllər dənizə kasıb da, varlı da gedirdi. Amma indi ancaq dənizə varlılar gedir, giriş pulludu axı. Mən dənizdə çimməyin əleyhinə deyiləm, amma tanınmış insanam, istəyən də var, istəməyən də. Gəlib məni orda görüb yalandan bir az da üstünə qoyub şişirdəcəklər ki, Əli Mirəliyev dənizdə çimirdi və nə bilim filan edirdi. Mənə bu lazım deyil axı”. /Moderator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*