“Mənə ürək-dirək lazım deyil” – Yanğında həlak olan Arzunun atasıbackend

“Mənə ürək-dirək lazım deyil” - Yanğında həlak olan Arzunun atası

“Mənə ürək-dirək lazım deyil, zatən həyatımın mənasını itirmişəm. Əvəzində bu faciə ilə bağlı məlumatları paylaşıb gündəmdə saxlayın”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yasamalda baş verən yanğın zamanı həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov şəxsi instaqram səhifəsində yazıb.

“Eyni zamanda sahibkarın, bu özbaşınalığa rüşvət qarşılığında göz yuman səlahiyyətli şəxslərin hər birinin məsuliyyətə cəlb edilmələrini tələb edirəm”,- deyə o digər bir paylaşımında qeyd edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*