Mərhum Əminə Yusifqızının son halı: “Vəsiyyət etmişdi”backend

Mərhum Əminə Yusifqızının son halı: “Vəsiyyət etmişdi”

89 yaşında vəfat edən Xalq artisti Əminə Yusifqızının son halının görüntüsü yayılıb.

KONKRET.az xəbər verir ki, fotonu kolleksiyaçı Siyavuş Əlizadə paylaşıb.

O, mərhumun vəsiyyəti üzrə şəkilləri ölümündən sonra paylaşdığını bildirib.

“Vəsiyyətinə əsasən də ölümündən sonra paylaşdım…

Son zamanlar heç kimi qəbul etmirdi. Amma mənə dedi ki, gəl. Sən elə bir iş görürsən ki, bu fotomuz da muzeyə qoyulası olacaq. İmzalı vinillər layihəsi çərçivəsində səs yazısı olan “Aşıq Qərib” vinil albomunu imzalamışdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*