Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEObackend

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib.

KONKRET.az xəbər verir k, hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib.

Qeyd edək ki, Merkel ilk dəfə 2019-cu ildə Ukrayna prezidenti Vladimir Zelenskini qarşılayarkən titrəmə keçirib. O zaman kanslerin rəngi ağarıb və ayaq üstə dayanmaqda çətinlik çəkib. Elə həmin il Merkelin Britaniya Baş naziri Boris Consonun qarşılanma mərasiminə oturaq vəziyyətdə qatılması diqqətdən yayınmayıb.

Həkimlər titrəmələrin Parkinson və ya skleroz xəstəliklərinin müxtəlif formalarının əlamətləri olduğunu ehtimal ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*