Merkelin hakimiyyəti dövründə gündəmdə olmayan əri: “Alman xalqı tənbəl və…”backend

Merkelin hakimiyyəti dövründə gündəmdə olmayan əri: “Alman xalqı tənbəl və..."

Sabiq kansler Angela Merkelin həyat yoldaşı Joaxim Sauer Almaniyanın digər ölkələrlə müqayisədə COVID-19 peyvəndləməsinin daha aşağı olmasını xalqın tənbəlliyi və özünü bəyənməsindən qaynaqlandığını bildirib.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, Berlindəki Humboldt Universitetində kvant kimyası professorluğundan 2017-ci ildə təqaüdə çıxan Sauer qeyd edib ki, xalqın elmi rədd etməsi heç vaxt bu qədər nəzərə çarpmayıb.

Öz sahəsində ən uğurlu adlardan biri hesab edilən kimyaçı professor Merkelin 16 illik baş nazirliyi dövründə siyasi mövzularda şərh verməkdən daima yayınıb.

Merkelin əksər səfərlərində iştirak etməyən Sauer izahatlarını öz sahəsi və sevimli bəstəkarı Riçard Vaqnerlə məhdudlaşdırıb. Ancaq İtaliyanın Turin şəhərində keçirilən İtaliya Elmlər Akademiyasına qəbul mərasimində münasibətini dəyişən professor Merkelin son iki ildəki işlər, COVID-19 və peyvəndlərlə bağlı açıqlamalar verib.

İtalyan “Repubblika” nəşrinə danışan Sauer bildirib ki, əhalinin üçdə birinin elmi dəlillərlə maraqlanmamasını təəccüblü hesab edir: “Bu, qismən alman tənbəlliyi və təkəbbürü ilə bağlıdır. Digər hissəsi isə peyvənd diktaturası kimi düşündüklərinə ideoloji reaksiya verən insanlardan ibarətdir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*