Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Misirə gəlibbackend

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Misirə gəlib

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Misirdə səfərdədir.

KONKRET.az xəbər verir ki, o, Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqlar aparıb. Tərəflər  Livan və Qəzzadakı münaqişəni müzakirə ediblər. Məlumatda bildirilir ki, əs-Sisi Livanda təcili atəşkəsə ehtiyac olduğunu bildirib. Qəzzada atəşkəs məsələsini müzakirə edən Misir prezidenti anklava humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb. ABŞ-nin  xüsusi nümayəndəsi Amos Hokşteyn və prezidentin Yaxın Şərq üzrə baş müşaviri Brett Makqurk Qəzza və Livandakı münaqişələrin həlli prosesini, eləcə də digər regional məsələləri müzakirə etmək üçün  İsrailə gedəcək. Livanın baş naziri Najib Mikati Hokşteyn  ilə danışdıqdan sonra Hizbullah və İsrail arasında atəşkəs razılaşmasının əldə oluna biləcəyinə inandığını bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*