Merkviladze vəzifədən getdi – Onu bu şəxs əvəzləyəcəkbackend

Merkviladze vəzifədən getdi - Onu bu şəxs əvəzləyəcək

Gürcü mətbuatının məlumatına görə, Mamuka Merkviladze Rusiyadakı İsveçrə səfirliyi yanında fəaliyyət göstərən Gürcüstan Maraqlar Bölməsinin rəhbəri vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, onun vəzifələrini müvəqqəti olaraq keçmiş jurnalist, əvvəllər Gürcüstanın Belarusiyadakı səfirliyində baş müşavir kimi çalışmış Sofo Mosidze icra edir.

Gürcüstan Xarici İşlər Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*