Dövlət Dumasında Çeburaşkanın milliyyəti müəyyənləşdirildi.
Məşhur cizgi filminin nümayiş olunduğu dövrdə SSRİ-yə İsraildən portağal idxal edilirdi. Çeburaşka da həmin portağalların qutusu ilə ölkəyə gətirildiyi üçün Büdcə və vergilər komitəsinin sədri Andrey Makarov belə nəticəyə gəlib ki, Çeburaşka yəhudidir.
KONKRET.az xəbər verir ki, personajın milli mənsubiyyəti ilə bağlı mübahisə “Doğma oyuncağım” adlı müsabiqənin keçirilməsi üçün büdcə vəsaitinin ayrılmasını nəzərdə tutan düzəlişin müzakirəsi zamanı yaranıb.
Bu müsabiqənin məqsədi — “Labubu” kimi məşhur oyuncaqlara layiqli yerli alternativ tapmaqdır.
Bəzi deputatlar Makarovun fərziyyəsini təkzib etməyə çalışıblar. Onlar bildiriblər ki, SSRİ-yə portağal həmçinin Mərakeşdən və İspaniyadan da idxal olurdu. Rusiya prezidentinin müşaviri, “Doğma oyuncağım” müsabiqəsinin Təşkilat Komitəsinin həmsədri Yelena Yampolskaya isə sonradan ehtimal edib ki, Çeburaşka “daha çox kubalıdır”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
