Məşhur futbolçunun evi yandı – FOTObackend

Məşhur futbolçunun evi yandı - FOTO

“Real Madrid” klubunun hücumçusu Vinisius Juniorun evində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, yanğın sauna otağında başlayıb. Hadisə yerinə dərhal yanğınsöndürmə xidmətləri çağırılıb. Xilasedicilərin müdaxiləsi nəticəsində yanğın tezliklə söndürülüb.

Futbolçunun özü həmin vaxt Braziliya milli komandasının tərkibində Seulda olub.

Qeyd edək ki, 25 yaşlı braziliyalı cari mövsümdə 16 oyunda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı onun dəyərini 150 milyon avro olaraq qiymətləndirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*