Məşhur jurnalist İlham Əliyevdən məsləhət istədi – Prezidentin cavabı gündəm oldubackend

Məşhur jurnalist İlham Əliyevdən məsləhət istədi - Prezidentin cavabı gündəm oldu

Xəbər verdiyimiz kimi, Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilir.

KONKRET.az-ın məlumatına görə, tədbirdə ukraynalı məşhur jurnalist Dmitrdi Qordon da iştirak edir.

O, dövlət başçısına maraqlı sual verib:

“Biz Ukraynada sizin rəhbərliyiniz altında öz torpaqlarınızı işğaldan azad edilməsini maraqla izləmişdik. Bu, bizi ruhlandıran bir nümunədir. Ukraynalılar sizə minnətdardır. Çünki siz dəfələrlə açıq şəkildə Ukraynanın dövlət suverinliyinə və müstəqliyyinə dəstəyinizi bəyan etmisiniz. Biz bunu unutmarıq.

Uzun illərdir ki, biz müharibə şəraitində yaşayırıq. Hazırda Ukrayna dövlətinin mövcudluğu sual altındadır. Siz qalib ölkənin rəhbəri kimi Ukraynaya nə məsləhət görərsiniz?”

Dövlət başçısı isə Qordonun sualına belə cavab verib:

“Heç vaxt işğalla barışmayın. Biz sırf bunu etmişik”.

Prezident İlham Əliyevin bu cavabı sosial şəbəkələrdə geniş yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*