Nissan daha 10 min nəfəri işdən çıxaracaq.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, yapon avtomobil nəhəngi Nissan daha əvvəl 9 min nəfərlə yollarını ayıracağını bildirmişdi, indi isə əlavə 10 min işçini də ixtisar edəcəyini açıqlayıb.
Yaponiya mediasına əsasən bu qərarla şirkət qlobal işçi qüvvəsinin təxminən 15 faizini azaltmağı planlaşdırır. Honda ilə birləşmə danışıqları uğursuz nəticələndikdən sonra noyabr ayında elan edilən 9 min nəfərlik ixtisara indi 10 min nəfər daha əlavə olunacaq.
Şirkət Nikkei qəzetində yer alan xəbərlərlə bağlı açıqlama verməkdən imtina edib.
Maliyyə çətinlikləri və satışlardakı azalma fonunda ixtisar qərarı alan Nissan yeni restrukturizasiya planı çərçivəsində xərcləri azaltmaq və fəaliyyətlərini daha rentabelli hala gətirmək məqsədi güdür.