Metroda İNSİDENT – Gənc özünü qatar yoluna atdıbackend

Metroda İNSİDENT - Gənc özünü qatar yoluna atdı

Metronun “Ulduz” stansiyasında orta yaşlı bir kişi stansiya yoluna düşüb.

Bu barədə KONKRET.az-a “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Hadisə saat 19.06-da olub.

Həmin an stansiyaya “Dərnəgül- Həzi Aslanov” istiqamətində hərəkət edən qatar yaxınlaşıb. Qatar dayanıb, təlimat qaydalarına uyğun olaraq gərginlik xətdən ayrılıb, sərnişin stansiya yolundan çıxarılıb.

B. Məmmədovun sözlərinə görə, ilkin məlumata əsasən, 22 yaşlı Şahlar Həsənov özünü pis hiss etdiyindən stansiya yoluna düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*