Metroda qatarlar arasındakı interval artdı – SƏBƏBbackend

Metroda qatarlar arasındakı interval artdı - SƏBƏB

Bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkət qrafikində yenidən gecikmə qeydə alınıb.

KONKRET.az xəbər verir ki, metronun “Azadlıq prospekti” stansiyasında qatarlar arasındakı interval yeddi dəqiqəni keçib. Bu səbəbdən stansiyalarda sıxlıq yaranıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, intervalın bu həddə çatmasının səbəbi stansiyalarda yaranan sıxlıqla bağlıdır.

“Qatarlarda hər hansı nasazlıq və texniki xarakterli problem yoxdur”, – deyə B.Məmmədov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*