Metrodakı gediş haqların artıb-artmayacağı ilə bağlı AÇIQLAMAbackend

Metrodakı gediş haqların artıb-artmayacağı ilə bağlı AÇIQLAMA

Gələcəkdə, Bakı metrosunda nəzərdə tutulan 76 stansiyasının tikintisi başa çatdırandan sonra diferensial ödəniş sistemi tətbiq oluna bilər.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, bu gün Bakı metrosu o qədər də uzun mənzilli metropoliten deyil ki, orada bu sistem tətbiq olunsun.

“Bu gün bu, əhəmiyyətsizdir, çünki sərnişinlərin əksəriyyəti eyni məsafəni gedir”, – deyə Ə. Osmanov qeyd edib.

QSC-nin baş mühəndisi metroda gediş haqqının dəyişməsinə dair fikir bildirərək qeyd edib ki, yaxın vaxtlarda gediş haqqının artırılması gözlənilmir: “Bakı metropoliteni MDB ölkələri daxilində, dünya metropolitenləri daxilində gediş haqqına görə ən ucuz metropolitendir. Bu gün təyin olunan 0,30 manat gediş haqqı bir sərnişinə çəkilən xərcin 60%-ni təşkil edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*