Mikayıl Cabbarov peyvənd olundu – FOTObackend

Mikayıl Cabbarov peyvənd olundu - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov COVID-19 əleyhinə peyvənd olunub.

KONKRET.az xəbər verir ki, bu barədə nazir özünün sosial media hesabında yazıb.

“Mən də peyvənd olunmuşam və hər kəsə bu prosesə qoşulmağı tövsiyə edirəm”, – deyə Mikayıl Cabbarov qeyd edib.

O bildirib ki, COVID-19 əleyhinə peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*