Solçu deputat Vaskesin Peru parlamentinin ofisində çəkdirdiyi foto hiddətə səbəb olub.
KONKRET.az xəbər verir ki, görüntülərdə Vaskesin kresloda uzanması və köməkçisinin ona ayaq masajı etdiyi və dırnaqlarını kəsdiyi görünür.
Sözügedən fotonun 6 noyabr 2024-cü ildə çəkildiyi, lakin, bu yaxınlarda sızdırıldığı bildirilib.
Hadisə ictimailəşdikdən sonra Konqres prezidenti Fernando Rospigliosi vəziyyəti “işçilərə hörmətsizlik” və “qeyri-etik davranış” adlandırıb.
Eyni zamanda, Vaskesə iş vaxtı yemək bişirmək üçün öz məsləhətçilərini evinə göndərdiyi və maaşlarını dövlət pulu ilə ödədiyi iddia edilir.
Qeyd edək ki, Peru mətbuatının məlumatına görə, Rospigliosi deputat Vaskes haqqında etik araşdırma aparılmasını istəyib.

Dəniz Pənahova
KONKRET.az
