Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verdibackend

Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verdi

Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib.

KONKRET.az xəbər verir ki, bununla bağlı məsələlər parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihələr barədə qanunverici orqanın Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Qanun layihələrinə əsasən, Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.

Toplantıda “Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında” və “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihələri də müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra layihələr səsverməyə çıxarılaraq qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*