Argentinanın Xarici işlər naziri vəzifəsinə namizədi Diana Mondino prezident seçkilərindən sonra ölkəsinin 2024-cü il yanvarın 1-də BRİKS-ə üzv olub-olmayacağı sualına mənfi cavab verib.
KONKRET.az xəbər verir ki, Argentina hələ avqustda keçirilən sammitdə üzvlüyə dəvət alıb.
“BRİKS-ə niyə belə maraq olduğunu anlamıram”, – deyə xanım Mondino bildirib.
Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Rusiya Federasiyası, Çin və Braziliya ilə əməkdaşlığın təşviqinə və BRİCS-ə üzvlük əleyhinə çıxış edən ifrat sağçı siyasətçi Xavyer Miley qalib gəlib. O, dekabrın 10-da vəzifəsinin icrasına başlayacaq. Seçki yarışı zamanı o, Argentina pesosu əvəzinə ABŞ dollarının milli valyutaya çevrilməsini, həmçinin Mərkəzi Bankın bağlanmasını təklif edib.
Xatırladaq ki, BRİKS təşkilatı hazırda Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı özündə birləşdirir. Avqust ayında keçirilən sammitdə Argentina, Misir, İran, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı təşkilata üzv olmağa dəvət edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az