Millimiz İslandiyaya böyük hesabla məğlub oldu — Yeniləndibackend

Millimiz İslandiyaya böyük hesabla məğlub oldu — Yeniləndi

Azərbaycan millisi airbadminton üzrə Avropa çempionatının yarımfinalına yüksəlib.

Bu barədə Konkret.az-a federasiyanın mətbuat xidmətindən məlumat verilib.

B qrupunda yer alan millimiz ilk oyunda Xorvatiya yığması ilə qarşılaşıb.

4 kateqoriya üzrə keçirilən qarşılaşmada rəqibindən üstün təsir bağışlayan badmintonçularımız 60:33 hesablı qələbə qazanıb.

Komandamızın növbəti oyunu Niderland kollektivinə qarşı baş tutub. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda əzmkarlıq nümayiş etdirən badmintonçularımız 60:50 hesablı qələbə qazanaraq Avropa çempionatında pley-offa yüksəlib.

Komanda 1/4 finalda Yunanıstan yığması ilə üz-üzə gəlib. Badmintonçularımız oyun ərzində hesabda dəfələrlə geri düşməsinə baxmayaraq, xarakter nümayiş etdirərək cütün müqəddəratını öz xeyrinə dəyişməyi bacarıb. Yekunda 60:59 hesablı qələbə qazanan millimiz yarımfinala yüksəlməklə Bolqarıstana rəqib olub.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunu sentyabrın 6-sı, saat 18:00-da başlayacaq. Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.

Qarşılaşmalar Avropa Oyunları Parkında keçirilir.

***

Matç Bakı vaxtı ilə 22:45-də start götürüb.

Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionuda keçirilir.

***

İslandiya – Azərbaycan matçında hesab açılıb.

Rəqib komandanın heyətində Viktor Palsson (45+2-ci dəqiqə) fərqlənib.

***

İslandiya yığması fərqi 2:0-a çatdırıb.

47-ci dəqiqədə İsak Berqmann Yohannesson fərqlənib.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya – Azərbaycan matçında üçüncü qol vurulub.

İsak Berqmann Yohannesson 56-cı dəqiqədə komandasının üçüncü, özünün isə ikinci qolunu vurub.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya – Azərbaycan matçında fərq 4 topa çatıb.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya – Azərbaycan matçında növbəti qol vurulub.

İslandiya yığmasının heyətində Kristian Hlinisson (73-cü dəqiqə) fərqlənib – 5:0.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub.

Reykyavikdəki “Lauqardalsvöllur” stadionuda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*