Millimizin Macarıstan və Belarusla oyunlarının vaxtı bilindibackend

Millimizin Macarıstan və Belarusla oyunlarının vaxtı bilindi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir.

KONKRET.az xəbər verir ki, Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-na kimi paytaxtda təlim-məşqlərlə bərabər bir neçə yoxlama  görüşü də keçirəcək.

Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər iki komanda artıq Bakıdadır və bu gün AVF-nin idman zalında ilk məşqini keçirib.

Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək.

21 iyul
16:30. Azərbaycan –Macarıstan (FHN)
22 iyul
16:30. Azərbaycan – Belarus (FHN)
23 iyul
16:30. Azərbaycan – Macarıstan (AVF)
25 iyul
10:30. Azərbaycan – Belarus (AVF)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*