Milimiz Şimali Makedoniyaya qalib gəldi – YENİLƏNİBbackend

Milimiz Şimali Makedoniyaya qalib gəldi - YENİLƏNİB

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu başa çatıb. 

KONKRET.az xəbər verir ki, görüş milli komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın heyətində Elvin Cəfərquliyev, Musa Qurbanlı və Ramil Şeydayev fərqləniblər.

Bu, millimizin ardıcıl 5 oyunda 5-ci qələbəsidir.

***

Ramil Şeydayev 89-cu dəqiqədə fərqləndi.

***

Azərbaycan millisi qırmızı vərəqə aldı. 75-ci dəqiqədə Höccət Haqverdi meydandan qovulur.

***

Musa Qurbanlı 65-ci dəqiqədə heabı 2:1 edib. 

Beləliklə, Azərbaycan millisi irəliləyir.

***

Şimali Makedoniya – Azərbaycan (birinci hissə) 1:1 

***

Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında 25-ci dəqiqədə hesab açılıb.

***

17:00. Şimali Makedoniya – Azərbaycan (birinci hissə) 0:0 

Şimali Makedoniya: Damyan Şişkovski, Stefan Ristovski (k), Nikola Serafimov, Stefan Aşkovski, Visar Musliu, Enis Bardi, Boban Nikolov, David Babunkski, Lupçe Doriyev, İliya Nesterovski, Elif Elmas

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Bəxtiyar Həsənalızadə, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Elvin Cəfərquliyev, Riçard Almeyda, Emin Mahmudov (k), Aleksey İsayev, Ozancan Kökçü, Ramil Şeydayev, Musa Qurbanlı

Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari, Yovan Kaçevski (hamısı Albaniya)
Skopye, “Todor Proeski Milli Arena”sı

***

Skopyedə yoldaşlıq oyununda üz-üzə gələcək Şimali Makedoniya və Azərbaycan yığmalarının start heyətləri bəlli olub.

KONKRET.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Şimali Makedoniya: 22.Siskovski, 3.Aşkovski, 5.Serafimov, 6.Musliu, 7.Elyif Elmas, 8.D.Babunski, 10.Enis Bardi, 13.S.Ristovski (k), 16.Nikolov, 23.Nestorovski, 24.Doriyev

Baş məşqçi: Blaqoya Milevski

Azərbaycan: 12.Şahruddin Məhəmmədəliyev, 4.Bəhlul Mustafazadə, 6.Höccət Haqverdi, 8.Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 15.Bəxtiyar Həsənəlizadə, 19.Elvin Cəfərquliyev, 20.Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22.Aleksey İsayev, 24. Musa Qurbanlı

Ehtiyat oyunçular: 1.Emil Balayev, 23.Səlahət Ağayev, 2.Amin Seydiyev, 3.Azər Salahlı, 5.Cəlal Hüseynov, 7.Namik Ələskərov, 9.Renat Dadaşov, 10.Mahir Emreli, 13.Anatoli Nuriyev, 14.Ceyhun Nuriyev, 16.Elvin Camalov, 17.Toral Bayramov, 5.Anton Krivotsyuk, 25.Rövlan Muradov, 26.Qismət Alıyev

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, “Todor Proeski Milli Arena”sında oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*