“Milyonlarla insanın həyatı xilas oldu” – Zelenskibackend

“Milyonlarla insanın həyatı xilas oldu” - Zelenski

“Taxıl dəhlizi vasitəsilə milyonlarla insanın həyatı xilas edildi”.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda səsləndirib.

“Taxıl dəhlizi razılaşması sayəsində dünyada milyonlarla insanın həyatı xilas edilib”, – deyə Zelenski vurğulayıb.

O, Ukraynanın müharibə şəraitində olmasından da söz açıb:

“Vaxtımız azdır, amma bu məsələlərdən danışacam. Mən ilk dəfə 3 il əvvəl Davosda çıxış etdim. İndi onlayn iştirak edirəm. Hazırda dünya sülhü bərqərar edə bilməz. Sivil dünya reaksiyasını sürətləndirməlidir. Rusiya bu müharibəni 1 saniyəyə başladı. Dünyanın sanksiyalar tətbiq etməsi isə günlər çəkdi. Ukrayna və onun müttəfiqləri bir ildir ki, bu prosesə müqavimət göstərirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*