Milyonluq şirkət Rövşən Rüstəmovun rəhbərlik etdiyi qurumu məhkəməyə verdibackend

Milyonluq şirkət Rövşən Rüstəmovun rəhbərlik etdiyi qurumu məhkəməyə verdi

“Azərbaycan Dəmir Yolları” QSC məhkəməyə verilib.

KONKRET.az-ın xəbərinə görə, QSC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Atef Şirkətlər Qrupu” MMC edib.

Mahiyyəti podrat müqaviləsi üzrə mübahisə olan iş hakim Günay Namazovanın icraatındadır. Baxış iclası yanvarın 23-də keçiriləcək.

Qeyd: Nizamnamə kapitalı 33 892 585 AZN olan “Atef Şirkətlər Qrupu”nun qanuni təmsilçisi Emil Talıb oğlu Əlixanbəyovdur. MMC-nin dövlətə 359 181 manat borcu var. Nizamnamə kapitalı 906 061 960 AZN olan “Azərbaycan Dəmir Yolları”nın qanuni təmsilçisi isə Rövşən Mürvət oğlu Rüstəmovdur.//Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*