Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərdən biri Azərbaycan Televiziyasının operatoru Sirac Abışovdur.
KONKRET.az xəbər verir ki, onun feysbuk hesabında son paylaşımı da Kəlbəcər rayonu ilə bağlı olub.Jurnalist mayın 31-i Kəlbəcər dağlarında çəkilmiş mənzərəni paylaşıb. Mərhum operator özü də Qubadlı rayonunda doğulub və məcburi köçkün kimi Bakıda məskunlaşıb. Onun sosial şəbəkədə indiyə qədərki əksər paylaşımları işğaldan azad olunmuş rayonlarımızla bağlıdır. S. Abışov mayın əvvəllərində işğaldan azad edilən rayonlara ezam olunduğu çəkilişlərlə bağlı danışarkən bütün kadrları yaşadığını, hiss etdiyini, həmin kadrlara 50 milyonluq Azərbaycan xalqının gözü ilə baxaraq çəkdiyini vurğulayıb. Hər evi gördükcə Qubadlıda öz evlərini xatırladığını bildirib.