Mingəçevirin daşınmaz əmlak bazarında qiymətlər od tutub yanır.
KONKRET.az-ın bölgə müxbiri şəhərdə evlərin satış qiyməti ilə bağlı araşdırma aparıb.
Daşınmaz əmlak agenti Elşən Yusifovun verdiyi məlumata görə, hazırda alıcıdan çox satıcı müşahidə edilir.
“Buna baxmayaraq, qiymətlər enmək bilmir. Bir müddət öncə şəhərin müxtəlif istiqamətlərində şəraitindən asılı olaraq 27-30 min manata təklif olunan köhnə tipli 1 otaqlı mənzillər hazırda 35-36 min manata satılır. Əvvəllər 35-36 minə satılan 2 otaqlı mənzillərin mövcud satış qiyməti isə 50-52 min manat civarında dəyişir. 3 otaqlıların qiyməti isə 90 min manatı keçir. Alıcılar daha çox Leninqrad tipli evlərə üstünlük verirlər”.
E.Yusifov torpaq satışında da ciddi qiymət artımı olduğunu deyir:
“Sotu 3 minə təklif olunan ərazilərin minimal satış həddi 5-6 min manatdan başlayıb, 20 min manatda bitir”.
“Əmlak alqı-satqısındakı artım kirayə mənzil qiymətlərinə də mənfi təsir edib”, – deyən mütəxəssisin sözlərinə görə, kirayə mənzillərin qiyməti də iki dəfə artıb.
“Hazırda 1 otaqlı kirayələr 150-170 manata, 2 otaqlılar 200-250 manata, 3 və daha çox otaqlı fərdi həyət evləri isə 500-600 manata təklif olunur”.
E.Yusifov yeni qiymətlərin Mingəçevir üçün çox baha olduğunu istisna etmir:
“Nəzərə almaq lazımdır ki, ailəli kirayənişinlərlə yanaşı, çoxsaylı tələbə müraciətləri də daxil olur. Çünki şəhərdə bir dövlət universiteti və iki kollec yerləşir. Yəni kirayə mənzillərə ehtiyac böyükdür. Buna baxmayaraq, qiymətlərin bu həddində belə şəhərdə kirayə mənzil qıtlığı yaşanır. Çoxları axtarır, amma boş mənzil tapa bilmir”.
Ehtiram Muradov,
KONKRET.az
Ala basmada. Hardadır 3 otaq ev 90 000 manata. Gəl bir baxda 4 otaq 80 000 manatdır. Osdu.axdan navastroyka tikirsiz ee. Belə məqalələr sifarişli yazılır ki, rayon reytinqləri artsın ya nədir başa düşmürəm.
Bura kimi yaxşi gəldin duz dedin əcəb dedin. Ama rayon sohbətində korladin 🙂