Minsk və İrəvan Bakıya QARŞI: Zəngəzur dəhlizini belə “VURMAQ İSTƏYİRLƏR”backend

Minsk və İrəvan Bakıya QARŞI: Zəngəzur dəhlizini belə "VURMAQ İSTƏYİRLƏR"

“Belarusun Ermənistan vasitəsilə İran və Fars körfəzinə çıxış axtarışı postsovet məkanında yeni geosiyasi cizgilərin yaranmasına səbəb ola biləcək mühüm tendensiyadır. Bu marşrut ilk növbədə Belarusun Qərbin sanksiyaları altında iqtisadi manevr imkanlarını genişləndirmək məqsədini daşıyır. Belarus üçün Ermənistan–İran xətti həm enerji, həm də logistika baxımından əlavə alternativ açır. Bununla Minsk həm Avropa bazarlarına qarşı asılılığını azaldır, həm də Avrasiya İttifaqı daxilində öz mövqelərini möhkəmləndirməyə çalışır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva səsləndirib.

ABŞ-la yeni mərhələ praktik reallığa çevrilə bilər” - YENİ MƏQAMLAR |  KONKRET

“Region miqyasında bu təşəbbüs bir neçə yeni güc balansını formalaşdıra bilər. Bir tərəfdən, Ermənistan İran üzərindən beynəlxalq tranzitdə önə çıxaraq regional izolyasiyasını zəiflətmək imkanı əldə edir. Digər tərəfdən, İran üçün də Belarus kimi aktorların cəlb olunması sanksiyalara qarşı yeni iqtisadi nəfəsdir. Bu proses Rusiyanın da maraqlarına uyğundur. Çünki Moskva Qərb sanksiyalarına qarşı alternativ iqtisadi yolları təşviq edir. Nəticədə, İran–Ermənistan–Belarus xətti Avrasiya məkanında yeni iqtisadi-siyasi platformanın yaranmasına zəmin hazırlayır”.

Politoloqun sözlərinə görə, bu marşrutun Ermənistan üzərindən keçməsi Azərbaycanın regional tranzit təşəbbüslərinə müəyyən rəqabət yarada bilər.

“Azərbaycan uzun müddətdir ki, Zəngəzur dəhlizi ideyasını gündəmdə saxlayır və bu dəhliz vasitəsilə həm Türkiyəyə, həm də daha geniş Orta Asiya bazarlarına birbaşa çıxışı təmin etmək istəyir. Ermənistan üzərindən Belarus–İran marşrutu aktuallaşarsa, Bakı üçün prioritet olan Zəngəzur dəhlizinə siyasi müqavimət daha da güclənir. Ermənistan Minsk və Tehranla əməkdaşlığı önə çəkərək Azərbaycanın təşəbbüsünü balanslaşdırmağa çalışır. Eyni zamanda, Azərbaycan üçün bu vəziyyət həm risk, həm də fürsət yaradır. Risk ondan ibarətdir ki, Ermənistan öz tranzit imkanlarını artıraraq Zəngəzur dəhlizinə alternativlər təklif irəli sürə bilər. Fürsət isə ondan ibarətdir ki, regiondakı tranzit marşrutlarının çoxalması Azərbaycanın “Cənubi Qafqazın əsas tranzit mərkəzi” statusunu tamamilə zəiflətmir, əksinə, Bakı üçün yeni müqayisəli üstünlüklər yaratmaq imkanı verir. Azərbaycanın Türkiyə, Gürcüstan və Orta Asiya ilə qurduğu möhkəm logistika xətləri hələ də regionun ən etibarlı tranzit arteriyası olaraq qalır.”.

Z.Qarayeva əlavə edib ki, beləliklə, Belarusun Ermənistan üzərindən İran və Fars körfəzinə çıxış cəhdləri regionda Moskvanın dəstəklədiyi alternativ Avrasiya marşrutlarını gücləndirir.

“Lakin Azərbaycanın Zəngəzur dəhlizi ideyası və mövcud enerji-nəqliyyat layihələri regional rəqabətdə strateji üstünlüklərini qorumağa imkan verir. Bu proses gələcəkdə Cənubi Qafqazda tranzit diplomatiyasının daha da sərtləşəcəyini göstərir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • FARMAN – FORMEN
    Avqust 23, 2025 - 19:11

    FORUM – meydan geniş yerdir: AY ALLAHIN YAZIQ HEYVANLARI, AXI SİZLƏRƏ DEYİRDİLƏR GETMƏYİN MİTİNQLƏRƏ, YIXMAYIN SSRİ-ni, SSRİ SİZİN KİMİ FAĞIRLARIN DÖVLƏTDİR, AGILLI, UZAQ GÖRƏN ARİF ADAMLAR SİZLƏRƏ DƏFƏLƏRLƏ DEYİRDİLƏR, QULDURLAR SİZLƏRDƏN İSTİFADƏ EDİRLƏR, SSRİ – nı DAĞITMAQ ÜCÜN SİZLƏRİN MİLLİ, DİNİ HİSLƏRİNİZLƏ OYNAYIRDILAR, SİZLƏRİ MEYDANLARA SÜRÜKLƏYİRDİLƏR, MƏQSƏDLƏRİ HƏR ŞEYİ, O CÜMLƏDƏN DƏ YAYLAQLARI, OTLAQLARI, ZAVODLARI, FABRİKALARI SİZLƏRİN ƏLİNDƏN ALMAQ İDİ NİYYƏTLƏRİ, SİZLƏR İSƏ BU FIRILDAQÇILARIN SİZLƏRƏ YALAN VƏD VERMƏKLƏRİNƏ UYDUNUZ VƏ SSRİ-ni DAĞITDINIZ, SSRİ ÖZÜ ÖZÜNÜ YIXMADI, MƏNİM 62 YAŞIM VAR, HADİSƏLƏRİ MƏN DİQQƏTLƏ İZLƏYİRDİM, HƏR ŞEY QÖZ QABAĞINDA BAŞ VERİRDİ, SSRİ – ni QOYUNLARIN ƏLİ İLƏ VƏHŞİ YIRTICILAR YIXTILAR VƏSSALAM, İNDİDƏ GÖZLƏYİN XANIŞ DAYINI! ☝️😂🤔 https://youtube.com/shorts/rAJ-ZShfWkI?si=zQaR_NEZcGRFaWT1 https://youtube.com/shorts/KnmwLGw1iIE?si=14H0MH-qsT2Wd7bM=IV47AOoQRMnX6vaw https://youtu.be/3AxPtV5FRuo?si=W2Iw_AMB7jdYtIbI https://youtube.com/shorts/iHY-2_7bZns?si=1KbetpB8nrdyQfey

  • Султан
    Avqust 24, 2025 - 12:48

    Ay fərman, baxıram elə heyvan sənsən, yoxsa millətinə heyvan deməzdin. 62 yaşlı uzunçuluq, bilməzdim bu heyvanlar bu qədər yaşayır! Soveti isə mitinqdə dağıtmadılar, onu bütün kanitalist dövlətləri yığışıb dağıtdılar, başqa ABŞ! Qoyun!

  • İlqar
    Avqust 24, 2025 - 14:30

    Farman adlı insana bənzər məxluq özün təqdim eliyeb

İlqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*