Qabaqcadan qeyd edək ki, aşağıda qeyd olunan qiymətlərin bəziləri bütövlükdə Belarus yox, bu ölkənin paytaxtı Minskə aiddir.
KONKRET.az xəbər verir ki, Minsk şəhərinin kafelərində orta hesab 9-10 AZN-dir. Turistlər üçün restoranda təxmini xərc 24, “BigMac” 7.70, kapuçino 2 manat 50 qəpikdir.
Ərzaq
0.5 litr su 0.60 AZN
0.5 litr yerli pivə 1.30 AZN
0.5 litr xarici pivə 2.40 AZN
0.75 litr çaxır 7.30 AZN
0.5 litr Coca-Cola 0.85 AZN
1 litr süd 0.90 AZN
1 kq düyü 1.30 AZN
1 kq pomidor 2.45 AZN
0.5 kq çörək 0.75 AZN
1 kq banan 1.75 AZN
1 kq apelsin 2.10 AZN
1 kq alma 1.30 AZN
1 kq kartof 0.60 AZN
1 kq donuz əti 6.95 AZN
1 kq toyuq 3.65 AZN
10 ədəd yumurta 1.45 AZN
1 kq pendir 7.75 AZN
50 qr Snickers 0.77 AZN
Bundan başqa, Minskə yolunuz düşsə, iki nəfərlik hostel otağı 26 AZN, 3-4 ulduzlu oteldə iki nəfərlik nömrə 70, sutkalıq mənzil kirayəsi 40 manatdır. Aylıq internet 14 AZN, kommunal xərclər 40-a başa gəlir.
İctimai nəqliyyat 0.40 AZN
Taksi 6.50 AZN
1 litr Aİ-92 1.65 AZN
1 litr Aİ-95 1.73 AZN
1 litr Aİ-98 1.90 AZN
1 litr dizel 1.73-1.85 AZN
Yuxarıda qeyd olunan məlumatlar iyul ayında, yanacaq qiymətləri isə noyabrın 28-i yenilənib. Bu ölkədə minimum əmək haqqı 307 manatdır.
Anar Rəhimov,
KONKRET.az