MİQ imtahanı üzrə apellyasiya müraciətlərinə başlanıldıbackend

MİQ imtahanı üzrə apellyasiya müraciətlərinə başlanıldı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin informatika, fizika və fransız dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.

KONKRET.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*