Mirziyoyev və Tokayev Putinin iqamətgahına hücumu qınadıbackend

Mirziyoyev və Tokayev Putinin iqamətgahına hücumu qınadı

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan lideri Qasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Ukraynanın Novqorod vilayətində yerləşən dövlət iqamətgahına yönəlmiş hücumu qəti şəkildə pisləyib.

KONKRET.az bildirir ki, Kremldən verilən məlumata görə, Mirziyoyev baş verənləri qəzəblə qarşılayıb.

Tərəflər həmçinin yaxınlaşan Yeni il münasibətilə təbrikləşib və Rusiya ilə Özbəkistan arasında strateji tərəfdaşlığın inkişafını vurğulayıblar.

Tokayev də baş verənləri qəti şəkildə pisləyərək belə təxribatların yolverilməz olduğunu bildirib. Görüşdə liderlər noyabr 2025-ci ildə Qazaxıstan Prezidentinin Moskvaya dövlət səfəri nəticəsində əldə olunan razılaşmaların icrası da daxil olmaqla iki tərəfli əlaqələrin aktual məsələlərini müzakirə ediblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*