Rusiya Ermənistanın müttəfiqidir və iki ölkə arasında qarşılıqlı razılaşmalar var.
KONKRET.az aif.ru-ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib: “Ermənistanın KTMT-yə üzvlüyünə gəlincə, bilirsiniz ki, bizim Rusiya ilə çox ciddi, güclü ikitərəfli razılaşmalarımız var. Biz həqiqətən müttəfiqik”. Mirzoyan əlavə edib ki, Ermənistan İranla çox yaxşı qonşuluq və tərəfdaşlıq münasibətləri inkişaf etdirib. Mirzoyan Rusiyanın İranla əməkdaşlığından İrəvanın da fayda görəcəyinə əmin olduğunu bildirib. Mirzoyan Rusiya hərbçilərinin Ermənistan-İran sərhədindəki keçid məntəqəsindən çıxarılmasına da münasibət bildirib. Nazir qeyd edib ki, sərhədçilər orada müvəqqəti yerləşdirilmişdi. İrəvan Rusiya tərəfinə belə uzun xidmətə görə təşəkkür edir. Gələcəkdə Ermənistan sərhədinin bu hissəsini erməni hərbçiləri özləri qoruyacaq”, deyə Mirzoyan bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az