Misirdə qiymətlər: Azərbaycanla özünüz müqayisə edin – SİYAHIbackend

Misirdə qiymətlər: Azərbaycanla özünüz müqayisə edin - SİYAHI

Bu dəfə Misirdəki qiymətlər barədə bəhs edəcəyik. Əsas nöqtə kimi, azərbaycanlıların da üz tutduğu Şarm (əl) əş-Şeyx şəhərini götürmüşük.

KONKRET.az xəbər verir ki, Misirin bu kurort şəhərinin ucuz restoranlarında orta qiymət 10 manatdır. Alkoqollu şam yeməyi üçün 50 AZN xərclənir. BigMac 8 manat 50 qəpikdir.

Turizm şirkətlərinin noyabr təkliflərində otel qiymətləri 40-200 AZN aralığında göstərilir. Əlbəttə ki, turpaketlərdə qiymət barədə məlumat verilmir.

İctimai nəqliyyat 0.60 AZN, taksi 4-5 AZN, benzinin litri isə 50 qəpikdir.

1 fincan kapuçino 2.20 AZN

0.5 litr mineral su 1.30 AZN

0.5 yerli pivə 5 AZN

Levis, Zara, Nike, Adidas geyimlərinin qiyməti 100-130 AZN civarındadır.

Ölkədə orta aylıq əmək haqqı 600-850 manat məbləğindədir. Perspektivli peşələr ali məktəb müəllimləri, zabit və hakimlərə aiddir. Misirdə hakimlərin maaşı 5 min manatdan başlayır. Həkim və mühəndislər 10 dəfə az alır. Məktəb pedaqoqlarının maaşı 200 manata qədərdir. Ölkədə minimum əmək haqqı 165 AZN-dir.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*