Mixail Saakaşvili xəstəxanaya yerləşdirildibackend

Mixail Saakaşvili xəstəxanaya yerləşdirildi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Mtavari” telekanalı məlumat yayıb.

Məlumata əsasən, sabiq dövlət başçısı Rustavi şəhərində saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidəki Respublika xəstəxanasına köçürülüb.

M.Saakaşvilinin həbsxanadan klinikaya köçürülməsi ilə bağlı rəsmi açıqlama hələ verilməyib.

Qeyd edək ki, eks-prezidentin sağlamlıq durumunun ağır olduğu və çətinliklə yeridiyi bildirilir. Yaxınları siyasətçinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər. Bu tələblə Tbilisi, Batumi və Rustavi şəhərlərində aksiyalar keçirilib.

Xatırladaq ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*