MMA döyüşçüsü faciəvi şəkildə ÖLDÜ – FOTObackend

MMA döyüşçüsü faciəvi şəkildə ÖLDÜ - FOTO

Moldovalı MMA döyüşçüsü Yuriy Lapikus İtaliyada motosiklet qəzasına düşərək 27 yaşında dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Bildirilib ki, martın 17-də Lapikus ağır motosiklet qəzasına düşüb. İdmançı təcili yardım maşını ilə Milandakı xəstəxanalardan birinə aparılıb. O, üç gün komada qalıb və martın 20-də ölüb.

Qeyd edək ki, Lapikus orta çəki dərəcəsində çıxış edib. Peşəkar karyerasında 16 döyüş keçirən idmançı cəmi iki dəfə məğlub olub.

İdmançı “One Championship“da çıxışları ilə tanınır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*