Modi Putini görün necə təbrik etdi – Ruslar ŞOKDAbackend

Modi Putini görün necə təbrik etdi - Ruslar ŞOKDA

Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib və Rusiya-Hindistan tərəfdaşlığının möhkəmləndirilməsinə verdiyi şəxsi töhfəyə görə ona minnətdarlığını bildirib.

KONKRET.az xəbər verir ki, Modi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib:

“Dostum Prezident Putinlə danışdım və onu doğum günü münasibətilə səmimi təbrik etdim, möhkəm cansağlığı və uzun ömür arzuladım. Gələcək illərdə Hindistan-Rusiya tərəfdaşlığının gücləndirilməsinə yönəlmiş şəxsi səylərinə görə dərin minnətdarlığımı bildirirəm”, – deyə Hindistan hökumət başçısı qeyd edib.

Qeyd edək ki, Narendra Modinin müraciəti rus dilində yayımlanıb. Sosial şəbəkə istifadəçiləri bunu Rusiya liderinə göstərilən xüsusi hörmət əlaməti kimi qiymətləndiriblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*