Moskva-Bakı münasibətlərində yeni geosiyasi mesajlar və Vardanyan İZİ… – Nə baş verir?backend

Moskva-Bakı münasibətlərində yeni geosiyasi mesajlar və Vardanyan İZİ... - Nə baş verir?

Hazırda Azərbaycanda həbsdə olan erməni əsilli iş adamı Ruben Vardanyan Rusiyada avtomobil biznesindən tamamilə çıxıb. O, “Atom” elektromobili layihəsindəki payını sataraq layihədən uzaqlaşıb. Bəs, Rusiyada “Atom” layihəsinə yeni səhmdarların daxil olması Moskva-Bakı münasibətlərinə hansı geosiyasi mesajlar verə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Rusiyanın “Atom” elektromobili layihəsi həm dövlətin, həm də biznes dairələrinin iddialı təşəbbüslərindən biri olsa da, onun uğuru hələlik şübhə altındadır:

Region ölkələri və ABŞ Zəngəzur dəhlizindən qazanc əldə edəcək - Taleh Əliyev | news365.az

“Bu layihə yeni nəsil texnologiyalar baxımından Avropa, Çin, Yaponiya və Cənubi Koreya avtomobilləri ilə müqayisədə nə dərəcədə rəqabətədavamlı olacaq, bu, hələ sual altındadır. Vardanyanın layihədən çıxması, əlbəttə, diqqətçəkən hadisədir, lakin bunu olduqca böyük geosiyasi dəyişiklik kimi qiymətləndirmək doğru olmaz.”

Politoloqun sözlərinə görə, Ruben Vardanyanın səhmlərini satması iflas anlamına gəlmir:

“O, sadəcə öz sərmayəsini başqa sahəyə yönəldir. Bu, onun hələ də maliyyə imkanlarına sahib olduğunu göstərir. Layihənin özü Rusiyada bir qədər reklam olunsa da, dünya avtomobil sənayesində real nəticələrini hələ göstərməyib. Buna görə də səhmdarların dəyişməsi Moskva-Bakı münasibətlərinə ciddi təsir göstərəcək hadisə sayılmamalıdır.”

Taleh Əliyev əlavə edib ki, yalnız layihə beynəlxalq səviyyədə uğur qazanarsa və ora Azərbaycan şirkətləri də səhmdar qismində cəlb olunarsa, bu, iki ölkə arasında qarşılıqlı etimadın güclənməsinə təkan verə bilər:

“Belə bir hal baş versəydi, bu, Moskva-Bakı münasibətlərində normallaşma və iqtisadi əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirilə bilərdi.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*