backend

Moskva danışıqlarında elan edilməyən qərar – Arkov açıqladı

Moskvada Cənubi Qafqazın münaqişədə olan iki dövlətinin XİN başçılarının rusiyalı həmkarları Sergey Lavrovun vasitəçiliyi ilə apardıqları danışıqların yekunu olaraq bəyan edilən atəşkəs çox çəkməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Axar.az-a rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov bildirib.

Onun sözlərinə görə, sülh danışıqlarının bərpası üçün İrəvanın üzərinə əvvəllər götürdüyü öhdəlikləri yerinə yetirməsi lazımdır: işğal altındakı Azərbaycan rayonlarını azad etməklə yanaşı, Dağlıq Qarabağın özündən də hərbiçiləri, həmçinin hərbi texnikanı çıxarmaq.

“Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı çox aydın deyib: Atəşkəs rejiminin davamlılığına nail olmaq üçün əsas amil ondan ibarətdir ki, Ermənistan işğal altında olan ərazilərin Azərbaycana məxsus olmasını qəbul edəcək “, – deyə həmsöhbətimiz qeyd edib.

Moskva danışıqlarından danışan Arkov deyib ki, görüşün qapalı hissəsində Ermənistanın Azərbaycana məxsus rayonlardan çıxması barədə qərar qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*