Moskva və İrəvan Zəngəzur dəhlizi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ: Putin nə etmək istəyir?backend

Moskva və İrəvan Zəngəzur dəhlizi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ: Putin nə etmək istəyir?

Rusiya və Ermənistan arasında yüksək səviyyəli dialoqda “Tramp yolu” (və ya Zəngəzur dəhlizi – red.) məsələsi müzakirə olunur. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib. Maraqlıdır, “Tramp yolu” və ya Zəngəzur dəhlizi məsələsinin Rusiya-Ermənistan dialoqunda gündəmə gətirilməsi nədən xəbər verir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Rusiya bu məsələdə həmişə maraqlı tərəf olub:

Əziz Əlibəyli: “Seçki milli təhlükəsizlik məsələsidir”

“Amma paralel şəkildə ABŞ-ın bölgədə güclənmə siyasəti də özünü göstərir. Bu mənada Rusiya bölgədəki dinamikanı diqqətlə izləyir. Moskva çalışır ki, ABŞ-ın regionda qalıcı gücə çevrilməsinin qarşısını müxtəlif formalarda alsın.”

Əziz Əlibəylinin sözlərinə görə, Ermənistanla aparılan danışıqlarda Zəngəzur məsələsi, xüsusilə də onun təhlükəsizlik aspekti mühüm yer tutur:

“Ermənistan sərhədlərinin təhlükəsizliyi, Zəngəzur dəhlizi kimi faktorlar Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir. Moskva 2026-cı ildə keçiriləcək seçkilər ərəfəsində bölgədəki təsir rıçaqlarını yenidən işə salmağa cəhd göstərəcək.”

Ekspert hesab edir ki, bu proseslər regionda həm siyasi, həm də hərbi güc balansında yeni vəziyyətin formalaşmasına səbəb ola bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*